Bu il dövlət büdcəsində xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının təhsilinin dəstəklənməsi üçün ayrılan və ilin yanvar-iyun aylarında xərclənən vəsaitin həcmi açıqlanıb.
7NEWS.Az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.
Dövlət büdcəsində xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının təhsilinin dəstəklənməsi üçün nəzərdə tutulan 1 milyon 808 min 986 manat vəsaitin 23,8 faizi, başqa sözlə, 429 min 902,2 manat bu ilin birinci yarısında xərclənib.
Başqa sözlə, Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti ilə bağlı xərclər 154 min manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi ilə bağlı xərclər 275 min 902,2 manat olub.
7NEWS.Az







