RU
Azərbaycan Xalça Muzeyində  “Azərbaycan özü bir tarix” adlı tədbiri keçirilib
01:24
1098

Azərbaycan Xalça Muzeyində “Azərbaycan özü bir tarix” adlı tədbiri keçirilib

Mayın 28-də Azərbaycan Xalça Muzeyində Uşaq Muzeyi şöbəsinin təşkilatçılığı ilə “28 may Respublika günü”nə həsr edilmiş “Azərbaycan özü bir tarix” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycan Xalça Muzeyinin elmi işçisi Rəsmiyyə Qarayeva 28 may Respublika gününün xalqımızın tarixindəki əhəmiyyətindən söhbət açıb: “28 may – tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsin”də Azərbaycanın müstəqilliyi elan edildi. Çünki həmin gün – 1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk xalq-demokratik respublika idi” Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat, Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı, tədqiqatçı yazar Lalə Hüseynova, Türkiyə əməkli subaylar dərnəyi başqanı, Kibrız qazisi Cümhür Ehçi, Anadolu aydınlar ocağı başkanı Professor, Doktor İbrahim Öztək iki ölkə arasında olan qardaşlıq, dostluq münasibətlərinin bundan sonra da yüksələn xəttlə inkişafından danışıblar. Sonra Azərbaycan Xalça Muzeyində Uşaq Muzeyi şöbəsinin rəhbəri Azər Abdullayev çıxış edərək qeyd edib ki, Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. “Azərbaycan özü bir tarix” adlı tədbirdə Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri tərəfindən Azərbaycan Xalq Cumhuriyyəti qurucularının aforizmlərdən ibarət kompozisiya, Azərbaycan haqqında vətənpərvərlik mahnıları, “Azadlıq süitası” rəqs kompozisiyası “Mehriban” mahnı və rəqs kollektivi tərəfindən qonaqlara təqdim olunub.

Fuad Rəsul

Azərbaycan Xalça Muzeyi Mətbuat katibi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ