RU
Azərbaycan Xalça Muzeyində “Hər zaman qəlbimizdəsən” adlı tədbir keçiriləcək
16:06
1084

Azərbaycan Xalça Muzeyində “Hər zaman qəlbimizdəsən” adlı tədbir keçiriləcək

Cari ilin 10 may tarixində saat 16:00-da Azərbaycan Xalça Muzeyinin hazırladığı ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Hər zaman qəlbimizdəsən” adlı tədbir keçiriləcək.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, tədbirin keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, keçdiyi şərəfli və mənalı ömür yolu barədə, onun mədəniyyət və incəsənət sahəsinin inkişafında rolundan tədbir iştirakçılarına məlumat verməkdir. Muzeyin 3-cü mərtəbəsində Azərbaycan Xalça Muzeyi Uşaq muzeyi şöbəsinin hazırladığı “Heydər Əliyev mənim duyğularımda” adlı rəsm sərgisi ilə tanış olmaq olar. İlk olaraq tədbirdə, ərazilərimizin bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad ediləcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcəkdir. Daha sonra Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbir iştirakçılarını salamlayacaq və onlara Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti barədə məruzə edəcək. Həmçinin, tədbirdə xalçaçı-rəssam Eldar Mikayılzadə çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini paylaşacaq. Sonra isə, məktəblilərin ümummilli liderə həsr etdikləri “Ən yaxşı inşa” müsabiqəsinin qaliblərinə Azərbaycan Xalça Muzeyinin sertifikatları təqdim olunacaq. Tədbirin sonunda Bakı şəhəri 7 və 178 saylı tam orta məktəblərin şagirdləri tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər səslənəcəkdir.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ