RU
Azərbaycan Xalça Muzeyində  “Muzeylər və Multikulturalizm” proqramı davam edir
23:37
1269

Azərbaycan Xalça Muzeyində “Muzeylər və Multikulturalizm” proqramı davam edir

Mayın 13-də Suraxanı rayon 317 nömrəli tam orta məktəbin bir qrup şagirdləri Azərbaycan Xalça Muzeyinin qonağı olublar. Muzeyin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, hər il 18 may tarixi bütün dünyada “Beynəlxalq Muzey Günü” kimi qeyd olunur. Bu münasibətlə, 12-18 may tarixlərində “Muzeylər və Multikulturalizm” proqramı üzrə məktəblilər üçün muzey həftəsi təşkil olunub. Proqram Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcək. Sözügedən proqramın məqsədi məktəblilərin muzeylərin kolleksiya fondu ilə tanışlığını, interaktiv ekskursiya zamanı müxtəlif milli, dini və mədəni irsə mənsub olan millətlər arasında qarşılıqlı münasibətləri öyrənilməsini və milli-mənəvi dəyərlərə hörmətlə yanaşılmasını təmin etməkdir. Ötən il 7 min məktəbli Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyə ekskursiya ediblər. Məktəblilər muzeylərin kolleksiya fondu ilə tanışlığı zamanı ölkələrarası mədəniyyətlərin bir-birinə təsir və əlaqələrini öyrənərək, ölkə əhəmiyyətli memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olacaq. Yeni proqram üçün Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşurutlar təyin edilib və multikulturalizm ili çərçivəsində mövzular seçilib.

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ