Millimizin hesabında 5 xal var.
Bakıda “Bakcell Arena”da Avro-2016 seçmə mərhələsinin 7-ci turu çərçivəsində Azərbaycan və Xorvatiya yığmaları qarşılaşıblar.
7news.az xəbər verir ki, oyun 0:0 hesabı ilə bitib.
Bu nəticədən sonra, Xorvatiya yığması 14 xal ilə qrup lideridir. Ondan bir oyun az keçirən İtaliya 12 xalla 2-ci yerdədir. Norveçin 10, Bolqarıstanın isə 8 xalı var.
Azərbayca millisi 5 xalla beşinci yerdədir. Sonuncu pillədə isə 1 xalı olan Malta qərarlaşıb.
Bu gün Azərbaycanın da yer aldığı H qrupunda daha iki oyun keçiriləcək. Bolqarıstan doğma meydanda Norveçi, İtaliya isə Maltanı qəbul edəcək.
7news.az








