RU
Azərbaycan yeyinti məhsullarının alışını azaldıb
11:33
553

Azərbaycan yeyinti məhsullarının alışını azaldıb

Dövlət Gömrük Komitəsinin hesabatı.

Azərbaycana ötən il ərzində 979 milyon 509 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu isə 2014-cü illə müqayisədə 7,82% azalma deməkdir. 

7News.Az ötən il Azərbaycana idxal edilən əsas məhsulların artım və azalma tendensiyasını təqdim edir. 

Beləliklə, hesabat ilində ət idxalı 2,04% artaraq 19,9 milyon dollar 

Meyvə-tərəvəz idxalı 2,3 dəfə artaraq 58,1 milyon dollara

Buğda 0,98% artaraq 296,8 milyon dollara çatıb.

Şəkər idxalı illik 39,35% azalaraq 124,5 milyon dollar,

Kərə yağı 10,85% azalaraq 22,4 milyon dollar, 

Süd idxalı 23,44% azalaraq 5,8 milyon dollar təşkil edib.

Tütün idxalı 2014-cü ilə nisbətən 101 milyon 786,03 min dollar və ya 25,49% azalıb. 

Spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxalı son bir ildə 7 milyon 679,51 min dollar və ya 10,82% azalıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ