RU
Azərbaycan yığması: 11 oktyabr kabusu
11:19
890

Azərbaycan yığması: 11 oktyabr kabusu


DÇ-2018-in seçmə mərhələsinin sabah keçiriləcək Çexiya ilə qarşılaşması Azərbaycan millisinin oktyabrın 11-nə təsadüf edən 9-cu qarşılaşması olacaq. Tarixi ərzində 8 dəfə bu gündə meydana çıxan komandamız 7 dəfə meydanı məğlub tərk edib.

 

Özünün debüt tsiklində - AÇ-1996-da İsraillə Təl-Əvivdəki qarşılaşmada 2 cavabsız qol buraxan millimiz sonradan iki dəfə Türkiyə, bir dəfə Finlandiyaya minimal hesabla uduzub. Belçika, İtaliya və İsveçrədəki yenilgilər isə acınacaqlı olub. Sonuncular 5, appenninlilər 4, belçikalılar 3 cavabsız qola sevinib.

 

Oktyabrın 11-i kabusu yalnız 3 il öncə qırılıb. 7 məğlubiyyətdən sonra ilk qələbə Şimali İrlandiya ilə Bakıdakı matça təsadüf edib. Həmin vaxt Berti Foqtsun rəhbərlik etdiyi komanda qonaqları 2 cavabsız qolla məyus edib.

 

Yığmamız oktyabrın 11-də

11.10.1995. Təl-Əviv. AÇ. İsrail – Azərbaycan - 2:0
11.10.1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan - 5:0

11.10.2000. Bakı. DÇ. Azərbaycan – Türkiyə - 0:1

11.10.2003. Reco di Kalabriya. AÇ. İtaliya – Azərbaycan - 4:0
11.10.2006. Brüssel. AÇ. Belçika – Azərbaycan - 3:0

11.10.2008. Helsinki. DÇ. Finlandiya - Azərbaycan - 1:0
11.10.2011. İstanbul. AÇ. Türkiyə - Azərbaycan - 1:0

11.10.2013. Bakı. DÇ. Azərbaycan – Şimali İrlandiya - 2:0 /Apasport.az


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ