RU
Azərbaycan yollarında qanlı həftəsonu
11:26
439

Azərbaycan yollarında qanlı həftəsonu

Şənbə və bazar günləri yollarda 23 qəza baş verib.

Həftəsonu ölkə yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Şənbə və bazar günləri respublika yollarında ümumilikdə 23 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən 5 nəfərdən başqa 26 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölümlə nəticələnən qəzalardan ikisi bazar günü baş verib. Hacıqabul rayonunda "VAZ 2107"nin "KamAZ"a çırpılması nəticəsində 3 nəfər ölüb. Şəmkirdə də "VAZ"ın yük maşınına çırpılması insan itkisi ilə nəticələnib.

Ölümlə nəticələnən digər hadisə isə şənbə günü Bakını Nərimanov rayonunda baş verib.

Hər bir faktla bağlı araşdırma aparılır./lent

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ