RU
Azərbaycana 1 344 330 doza
22:50
965

Azərbaycana 1 344 330 doza "Pfizer" vaksini gətirilib

Azərbaycana dekabrda gətirilən "Pfizer/Biontech" vaksininin sayı açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentlyindən 7NEWS.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təsdiq olunmuş müqaviləyə əsasən, 2021-ci ilin dekabr ayının sonunda ölkəyə 1 344 330 doza "Pfizer/Biontech" vaksini gətirilib.

Qeyd edək ki, yeni gətirilmiş "Pfizer/Biontech" vaksininin istifadə müddəti 2022-ci il martın 22-nə qədərdir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ