RU
Azərbaycana gələn ərəb turistlərinin sayı kəskin artıb
09:40
1438

Azərbaycana gələn ərəb turistlərinin sayı kəskin artıb

Nazirlik artımın baş vermə səbəblərini açıqladı.

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayında əsaslı artım baş verib.

Ötən ilin may ayı ilə (99 nəfər) müqayisədə 2016-cı ilin may ayında (3000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb. 

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən 7news.Az-a bildirilib. 

“Son bir neçə il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Marketinq Strategiyası əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay Əmirliyində keçirilən “ATM” beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şərca əmirliyində keçirilən “2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı 2015” beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən təmsilçi nümayəndəliyin (“Atlantis Holidays” şirkəti) olması, həmçinin 2015-ci ilin noyabrdan etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində bu artım baş verib”, - deyə nazirlikdən qeyd edilib. 

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ