RU
Azərbaycana keçmək istəyən erməni saxlanılıb
17:45
1357

Azərbaycana keçmək istəyən erməni saxlanılıb

Ermənistan vətəndaşı Henrik Agetsyan Azərbaycana keçərkən saxlanılıb

7news.Az xəbər verir ki, bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. 

Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü  Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.

İctimaiyyətə əlavə məlumat veriləcək. 

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ