Gömrükçülər bu cəhdin qarşısını alıb.
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) 7news.Az-a bildirilib.
“İdarənin “Samur” gömrük postunda 3 fakt üzrə minik avtomobillərinin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilməklə gətirilən 27400 ədəd “NZ Gold Compact”, 3800 ədəd “Marlboro Touch” və 1000 ədəd “Marlboro Micro” markalı olmaqla cəmi 32200 ədəd siqaretlər aşkar olunaraq götürülüb”, - deyə komitədən qeyd edilib.
Faktlarla bağlı təhqiqat aparılır.
7news.Az








