RU
Azərbaycana nə qədər qar yağıb? - Açıqlama
10:36
565

Azərbaycana nə qədər qar yağıb? - Açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 23-ü gündüzdən 24-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqda açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, noyabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb. 
Düşən yağıntının miqdarı Şabranda 4, Çilov adası, Qəbələdə 3, Oğuz, İsmayıllı, Kişçayda (Şəkidə) 2 mm olub.

Qar örtüyünün hündürlüyü Altıağacda 8, Lerikdə 4, Xınalıqda 3, Şabran, Rvarudda 2, Pirallahı, Qəbələ, Şamaxıda 1 sm olub.

Havanın minimal temperaturu Abşeron yarımadasında 4-6, Aran rayonlarında 0-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 8-12, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 14 dərəcə şaxta təşkil edib./qafqazinfo
 
7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ