RU
Azərbaycana oğurlayıb, Gürcüstana xeyir verdilər
23:32
558

Azərbaycana oğurlayıb, Gürcüstana xeyir verdilər

Göygöldə marketdən oğurluq edən şəxslər saxlanılıb. Naxçıvan vətəndaşı olan həmin şəxslər marketdən 16 min manatdan çox nəğd pul 2 min manat dəyərində müxtəlif danışıq kartları oğurlamaqda şübhəli bilinirlər. 

Ötən il dekabrın 20-dən 21-nə keçən gecə Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən marketlərdən birindən oğurluq edilib. Obyekt sahibi isə oğurluqdan səhər saatlarında xəbər tutub. Kəpəz TV (Region TV) xəbər verir ki, marketi açmağa gələn sahibkar seyfdə olan külli miqdarda nağd pul və müxtəlif danışıq kartlarının oğurlandığını görüb. 

Maarif Məmmədov, mağaza sahibi: "Səhər gəlib otağıma keçəndə seyfin yerdə olduğunu gördüm. İçərisinə baxanda gördüm ki, orada olan 16 min 28 manat nəğd pul və 2300 manat dəyərində konturlar oğurlanıb. Yalnız orada qalan 20 manat dəyərində qəpik pullar idi". 

Dərhal hadisə yerinə cəlb olunan asayiş keşikçiləri ilkin istintaq-əməliyyat tədbirlərinə başlayıb. Göygöl Rayon Polis Şöbəsi və Naxçıvan Muxtar Repsublikası Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan sakinləri, 22 yaşlı Sultan Sultanlı və onun həmyaşıdı Asim İsmayılov saxlanılıb. 

İlqar Əhədov, baş müstəntiq: "Qabaqcadan əlbir olub qrup yaradaraq özləri ilə götürdükləri dəmir parçası ilə birlikdə marketə daxil olublar. Oradakı seyfdə olan 20 min manata yaxın nəğd pulu danışıq kartlarını götürüblər". 

Saxlanılan hər iki gənc törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, marketə damdan daxil olublar. Seyfi isə özləri ilə götürdükləri dəmir parçası ilə açıblar. Əldə etdikləri pulla Gürcüstanda bir neçə gün istirahət etdikdən sonra ölkəyə qayıdıblar. 

Sultan Sultanlı, saxlanılan şəxs: "Dam örütüyünə çıxıb içəri daxil olduq. Pəncərədən içəri daxil olduq. Kompüterlər olan stolun altından əldə düzəlmə kassa var idi. Onu dəmir parcası ilə açdıq. Orada 10 min manat dəyərində pul və konturlar var idi, onları götürdük.  

Asim İsmayılov, saxlanılan şəxs: "Əlimizdə dəmir parçası ilə içəri daxil olmuşduq. Oradan çıxandan sonra isə Gürcüstana getdik. Özümüzə paltar aldıq". 

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq aparılır. 

7news.az

Azərbaycana oğurlayıb, Gürcüstana xeyir verdilər - FOTO - VİDEO

Azərbaycana oğurlayıb, Gürcüstana xeyir verdilər - FOTO - VİDEO

Azərbaycana oğurlayıb, Gürcüstana xeyir verdilər - FOTO - VİDEO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ