RU
Azərbaycana qanunsuz taxta göndərən həbs olundu
17:00
210

Azərbaycana qanunsuz taxta göndərən həbs olundu

Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əhəmiyyətli resursların gömrük sərhədindən qanunsuz keçirilməsi kanalını dayandırıb.

7News.Az lent.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyənləşdirilib.

Məlum olub ki, saxlanılan şəxs milli diasporalardan birinin nümayəndəsi ilə xarici iqtisadi müqavilə çərçivəsində qeyri-qanuni yolla Azərbaycana ümumi dəyəri dörd milyon rubldan çox olan strateji əhəmiyyətli sərvətlər ixrac edib.

Hazırda Tomsk vilayətində və Dağıstan Respublikasında əməliyyat-axtarış tədbirləri keçirilir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsinə əsasən, təqsirkarları yeddi ilə qədər həbs gözləyir.

Qeyri-rəsmi məlumatlara görə, söhbət meşə materiallarından gedir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ