RU
Azərbaycana qanunsuz yolla spirtli içkilərin gətirilməsinin qarşısı alınıb
16:20
663

Azərbaycana qanunsuz yolla spirtli içkilərin gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətinə düzgün bəyan edilməyən və aksiz markasız 18 ədəd 1 litrlik "Qosudarev zakaz" adlı spirtli içki aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır./apa

 

İcmal.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ