RU
Azərbaycana saxta sənədlərlə keçmək istəyən əcnəbilər saxlanılıb - FOTO
14:02
281

Azərbaycana saxta sənədlərlə keçmək istəyən əcnəbilər saxlanılıb - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə buraxılış məntəqələrində beş şəxsin saxta sənədlərlə dövlət sərhə­dindən keçməsinin qarşısı alınıb.

DSX-dan 7News.Az-a verilən məlumata görə, dekabrın 2-də Moskva-Bakı reysi ilə gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, 4 dekabr tarixində Bakı-İstanbul reysi ilə gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub.

Bundan başqa, 5 dekabr tarixində Moskva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, 6 dekabrda Ərbil-Bakı reysi ilə gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.

Həmçinin 7 dekabr tarixində Dubay-Bakı reysi ilə gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Çaudhari Ravindrakumar Coitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ