RU
`Azərbaycana səfərim səmərəli oldu`
11:20
1577

`Azərbaycana səfərim səmərəli oldu`

“Ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi üzrə səmərəli danışıqlar həyata keçirdik”.

7News.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bildirib. 

“Bizim Azərbaycanla bütün sahələrdə sıx əlaqələrimiz var. Azərbaycanla iqtisadi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq. Bu yaxınlarda Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bundan əlavə Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşü keçiriləcək. Hesab edirəm ki, Azərbaycana səfərim səmərəli oldu”,-deyə Lavrov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ