RU
Azərbaycana xarici məhsulların idxalı azalıb
13:23
751

Azərbaycana xarici məhsulların idxalı azalıb

Bu ilin 5 ayında ölkəyə 400 milyon 148 milyon ABŞ dolları məbləğində yeyinti məhsulları idxal edilib.

7News.Az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır. Hesabat dövründə ət idxalı 8.03% artaraq 8 milyon 225.5 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 111% artaraq 19 milyon 669.66 min dollar, meyvə-tərəvəz idxalı 110% artaraq 58 milyon  66.62 min dollar, çay idxalı 200% artaraq 11 milyon 392.82 min dollar, bitki və yevan mənşəli yağların idxalı 43.41% artaraq 41 milyon 735 min dollar, şəkər idxalı isə 16.66% artaraq 43 milyon 549 min dollar təşkil edib. İlk 4 ayda süd idxalı isə 12,2% azalaraq 2 milyon 115 min dollar olub.

Ümumilikdə, 2016-cı ilin yanvar-aprel aylarında idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 23,85% azalaraq 2 milyard 594 milyon 180.62 min dollar təşkil edib. İdxalın 15.42%- yeyinti məhsullarının payına düşüb. Buğda idxalı 50%-ə yaxın azalıb. Azərbaycana 93 milyon 415 min dollar məbləğində buğda idxal olunub. Ötən ilin anoloji dövründə bu məbləğ 174 milyon 255.95 min dollar idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ