Bərdədə 12 yaşlı qız dəm qazından zəhərlənib.
7news.az anspress-ə istinadən bildirir ki, hadisə rayonun İmamqulubəyli kəndində, əslən Ağdam rayonundan olan Rəşid Vəliyevin məskunlaşdığı evdə baş verib. Valideynləri axşam saatlarında hamama girən 12 yaşlı qızları Leyla Vəlizadəni huşsuz vəziyyətdə tapıblar. Atasının sözlərinə görə, hadisəyə vanna otağında olan qaz sobasında yaranan dəm qazı səbəb olub.

"Hamama uşaq yuyunmağa girib, hiss etdik ki, ləng çıxdı. Qapını açdıq, girdik içəri, çıxardıq çölə", - deyə Rəşid Vəliyev bildirib.
Dərhal təcili tibbi yardım xidmətinə xəbər verib. Leyla Vəlizadə huşsuz halda Bərdə MRX-na çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, hazırda xəstənin vəziyyəti normaldır.
7news.az








