RU
Azərbaycanda 14 yaşlı oğlan dəhşətli hadisədə öldü - TƏFƏRRÜAT
14:10
442

Azərbaycanda 14 yaşlı oğlan dəhşətli hadisədə öldü - TƏFƏRRÜAT

Ağstafa rayonunda 14 yaşlı oğlan at arabasının altında qalaraq ölüb.

 7News.Az xəbər verir ki, rayonun Saloğlu qəsəbə sakini, 2004-cü il təvəllüdlü İbrahimov Famil Tahir oğlu həmyaşıdı olan 2 dostu ilə birgə at arabası ilə meşəyə odun yığmağa gedib. Lakin meşəbəyi onların qarşısını kəsərək geri qaytarıb. Evə dönərkən F.İbrahimovun sürdüyü at arabası aşıb və o, gicgah nahiyəsindən aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ