RU
Azərbaycanda 15 yaşlı futbolçu faciəvi şəkildə öldü (FOTO)
13:50
381

Azərbaycanda 15 yaşlı futbolçu faciəvi şəkildə öldü (FOTO)

İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif "İmişli” futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.

Faktla bağlı araşdırma aparılır.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ