Ötən gün xəbər verdiyimiz kimi 2 yaşlı Anjelika ailə münaqişəsi nəticəsində yandırılıb. Uşağın bilərəkdən yandırıldığı və ya səhlənkarlıq üzündən yandığı ehtimal edilir.
7News.Az xəbər verir ki, 2 yaşlı Anjelikanın atası Fərid Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxaraq bəzi məqamlara aydınlıq gətirib.
O vurğulayıb ki, birinci oğlu Əli doğulan zaman Zülfiyyə ondan imtina edib: "Əliyə atam, anam baxıb. Qaynanam mənə dedi ki, az maaş alırsan. Nə uşağa, nə də qızıma baxa bilməzsən. Mən Mənzil-Kommunal Təsərrüfat Birliyində işləyirdim. 120 manat maaş və yemək pulu alırdım. O, qaynanamla qoşulub getdi. Məndə onunla getdim. 2-3 gün qaldım. Qaynanam məni döydü. Döyüləndən sonra Zülfiyyəyə dedim ki, fikrin nədir? Qaynanam dedi ki, əşyalarını yığ, çıx, get, yoxsa polis çağıracam. 2 ildir ki, ailəmi görmürdüm. Zülfiyyə hər dəfə mənə deyirdi ki, səni yandıracam".
Qeyd edək ki, üzünə benzin tökülən körpənin müalicəsinə tələb olunan vəsaitin bir hissəsi ( 21 min dollar - təxminən 30 min manat) "Uşaqların xoşbəxt gələcəyi" qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayeva-Kərimovanın səyi nəticəsində toplanıb.
Qeyd edək Fərid və Zülfiyyə 2017-cı ildə də "Səni axtarıram" verilişinə çıxmışdı.

7News.Az