RU
Azərbaycanda 20 mindən artıq qadın 8 martda doğum gününü qeyd edir
15:42
432

Azərbaycanda 20 mindən artıq qadın 8 martda doğum gününü qeyd edir

Azərbaycanda doğum gününü 8 mart tarixində qeyd edən qadınların sayı 20.681 nəfərdir.

Ədliyyə Nazirliyindən verilən məlumata əsasən, 8 mart dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da Qadınlar günü kimi qeyd olunur.

Ədliyyə Nazirliyi tərəfindən bu əlamətdar günlə bağlı ictimaiyyət üçün maraq kəsb edən 8 mart tarixində doğulan qadınların sayı təqdim olunur.

Bildirilir ki, hazırda ölkəmizdə həmin tarixdə doğulmuş 20.681 qadın var.

Onlardan 18 yaşına çatmayanların sayı 5.305, gənclərin (14 yaşdan 29 yaşadək) sayı isə 6.966 nəfərdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ