RU
Azərbaycanda 22 yaşlı gənc bu statusu yazıb müəmmalı şəkildə öldü - FOTO
14:22
734

Azərbaycanda 22 yaşlı gənc bu statusu yazıb müəmmalı şəkildə öldü - FOTO

Xəbər verdiyimiz kimi 8 fevral tarixində Kürdəmir rayon sakini müəmmalı şəkildə dünyasını dəyişib.
Məlumata görə, Qağacılı kəndində baş verən müəmmalı hadisədə kənd sakini 1995-ci il təvəllüdlü Qismət Mübariz oğlu Muğayev kənd ərazisində usta işlədiyi evdə qəflətən dünyasını dəyişib.

Əvvəlcə mərhumun elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişdiyi deyilsə də, Muğayevin nəşi Məhkəmə Tibbi Ekspertizaya və Patoloji Anatomiya BirliyindəNmüayinə olunduqdan ölüm faktının elektrik cərəyanı vurması nəticəsində baş vermədiyi müəyyənləşib.
Mərhumun 4 fevral tarixində paylaşdiğı statusu məlum məsələ ilə bağlı fikir ayrılığı yaradıb. "Bu da son!" sözlərini sosial şəbəkə hesabında paylaşan Qismət hər kəsi bu statusla çaşdırıb.

Qeyd edək ki, ölümün dəqiq səbəbi analizlərin cavabından sonra məlum olacaq. Faktla bağlı araşdırma davam edir.//big.az

Həmin görüntüləri təqdim edirik:

Azərbaycanda 22 yaşlı gənc bu statusu yazıb müəmmalı şəkildə öldü - FOTO
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ