Qazax rayonu Yuxarı Salahlı kəndində qan xəstəliyindən əziyyət çəkən hamilə qadın dünyasını dəyişib.
Bu barədə a24.az-a kəndin bələdiyyə sədri Şahismayıl Məmmədov məlumat verib. O bildirib ki, ötən gün qan xəstəliyindən əziyyət çəkən Yuxarı Salahlı kənd sakini 1996-cı il təvəllüdlü Süleymanova Səbinə Şamil qızı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb: "Yenicə ailə qurmuşdular. Bətnində 3 aylıq körpəsi də var idi. Qəfildən təzyiqi düşüb aşağı və qan azlığı xəstəliyi daha da artmağa başlayıb. O, xəstəxanaya yerləşdirilsə də, artıq keçinib. Çox gözəl bir qadın idi, tərbiyəli, mədəni idi. Həm də zəhmətkeş evdar qadın idi”.
Faktla bağlı araşdırma aparılır.
***00:01
Qazaxda xəstəxanada gənc qız vəfat edib.
Dünən gecə saatlarında rayonun Yuxarı Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Süleymanova Səbinə Şamil qızı ağır vəziyyətdə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, S.Süleymanova qan xəstəliyindən əziyyət çəkirmiş və dünən özünü çox pis hiss etdiyi üçün təcili tibbi yardıma müraciət edilib.
Faktla bağlı araşdırma aparılır./publika.az

7News.Az