RU
Azərbaycanda 299377 şəkər xəstəsi var
15:51
717

Azərbaycanda 299377 şəkər xəstəsi var

Azərbaycanda 300 mini narahat edən xəstəliklə bağlı mühüm faktlar açıqlanıb.


7News.Az xəbər verir ki, bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “7 aprel – Ümumdünya Sağlamlıq Günü”nə həsr olunmuş “Diabet xəstəliyinə qalib gələk” şüarı altında maarifləndirmə tədbiri keçirilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, dosent, Dr. Asiman Həsənov bildirib ki, hər il aprelin 7-si “Ümumdünya Sağlamlıq Günü”ndə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması qeyd olunur: “Bu gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəldilir. 2016-cı il diabet xəstəliyinə həsr olunub. Diabetin nə qədər ciddi problem olduğu, insanları nə qədər narahat etdiyi hər kəsə bəllidir.Artıq diabet sosial bəlaya çevrildiyindən, biz də həm tibb işçiləri, həm də cəmiyyətin üzvləri kimi bu məsələni diqqətsə saxlamağa çalışırıq”. Baş həkim bildirdi ki, şəkərli diabet xəstəliyinin vaxtında aşkar olunması, profilaktik tədbirlərin aparılması vacibdir. Bu baxımdan, ictimaiyyətdə maarifləndirmənin daha da gücləndirilməsinə ehtiyac var.

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova şəkərli diabet xəstəliyi və onun növləri, ölkə daxilində və ümumdünya səviyyəsində vacibliyi, müvafiq profilaktik tədbirlərin aparılması haqqında məlumat verdi. “Azərbaycanda 299 min 377 nəfər şəkərli diabetdən əziyyət çəkir. Bununla bağlı Azərbaycanda çox mühüm işlər görülüb, dövlət proqramı və qanunlar qəbul edilib. Lakin Azərbaycan dövləti və vətəndaş cəmiyyəti bu istiqamətdə işləri davam etdirilir”.
Klinikanın Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov şəkərli diabetin gözdə yaratdığı problemlərdən danışdı. Onun sözlərinə görə, diabet xəstəliyinə görə göz dibində baş verən dəyişikliklərin qarşısı alınan və alınmayan növləri var. Təəssüf ki, bəzən diabet xəstələrinin göz dibində dəyişikliklər 10 ildən sonra özünü biruzə verir. Bu da problemin vaxtında aşkarlanmasına mane olur. Buna görə həkim mütəmadi olaraq göz müayinəsindən keçməyin vacib olduğunu bildirdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ