Tovuz rayonunda 30 yaşlı qadın dəm qazından boğularaq ölüb. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə hadisə rayonunun Bozalqanlı kəndində baş verib.Kənd sakini 1991-ci il təvəllüdlü Abdıyeva Əsmər Zakir qızı vanna otağında dəm qazından boğulub.Yaxınları onu xəstəxanaya çatdırsada Ə.Abdıyevanın həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb,hadisənin təfərrüatları dəqiqləşdirilir








