RU
Azərbaycanda 36 dərəcə isti olacaq
15:14
467

Azərbaycanda 36 dərəcə isti olacaq

Rayonlarda yağış gözlənilir.

Sentyabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. 

Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz  24-29 dərəcə isti olacaq.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ