Azərbaycanın Şimal-Qərb bölgəsində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən 7news.Az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla 20:40-da Zaqataladan 20 km şimal-qərbdə, Balakən rayonun ərazisində qeydə alınıb.
Zəlzələ Balakən-Zaqatalada 4 bala qədər, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
Zəlzələ yerin 3 km dərinliyində qeydə alınıb.
7news.Az








