RU
Azərbaycanda 46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldı
12:50
262

Azərbaycanda 46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldı

Şabran rayonunda kişi dəm qazından boğularaq ölüb.

7News.Az xəbər verir ki, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb.

Kənd sakini - 1974-cü il təvəllüdlü Müşfiq Quliyev əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin hamam otağında dəm qazından boğularaq ölüb. 

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ