RU
Azərbaycanda 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
18:50
533

Azərbaycanda 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

7NEWS.Az-ın xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokola isə baxılmaqdadır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ