Bakı-Sumqayıt şosesində 9 yaşlı uşağı avtomobil vurub.
7news.Az report.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonunda baş verib.
Bakı-Sumqayıt şosesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində 2009-cu il təvəllüdlü Mustafayev Nuran Hacı oğlu qaçaraq yolu keçmək istəyərkən onu sürətlə gələn avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib.
7news.Az








