RU
Azərbaycanda açılışı olmayan bağça soyuldu
15:44
1284

Azərbaycanda açılışı olmayan bağça soyuldu

Saxlanılan şəxsdən narkotik götürülüb.

Azərbaycanda qəribə oğurluq hadisəsi baş verib. 

7News.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Masallı polisi yaxın günlərdə istifadəyə veriləcək yeni uşaq bağçasını açılışdan qabaq qarət etməyə imkan tapmış şəhər sakinini saxlayıb. 

41 yaşlı Tofiq Ağayev oğurluğa macal tapsa da, qarət etdiklərinin hamısını satmağa imkan tapmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs narkotik aludəçisi olan Masallı şəhər sakini Tofiq Ağayevdir. 41 yaşlı kişi bu yaxınlarda açılışı olacaq şəhər bağçasının elektrik və su qızdırıcılarını, su kranlarını, hamam aksessuarlarını, mətbəx və bağçanın yumşaq avadanlıqlarını oğurlayıb. Saxlanılan şəxs bu əməli pula olan ehtiyacını təmin etmək üçün törətdiyini etiraf edib.

Müstəntiq Anar Xəlilovun sözlərinə görə, Tofiq Ağayev bağçaya pəncərədən daxil olub. Ümumilikdə oğurluq nəticəsində müəssisəyə 3600 manat dəyərində ziyan dəyib. Saxlanılan şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. 

Uşaq bağçasından oğurlanan 27 ədəd otaq qızdırıcısı, 4 ədəd 100 litr tutumlu su qızdırıcısı, 12 ədəd su kranı, 5 qutu kafel metlax, hamam aksesuarları və yumşaq mətbəx avadanlıqlarının bir qismi maddi sübut kimi götürülüb. Əksəriyyəti isə dəyər-dəyməzinə satılıb.

Hazırda saxlanılan və barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanmış Tofiq Ağayevi törətdiyi əmələ görə  3 ildən 7 ilədək həbs cəzası gözləyir. O, bundan əvvəl də narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ