Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məluamata əsasən hadisə Zazalı kəndi yaxınlığında baş verib.İlkin məlumata əsasən hadisə nəticəsində bir nəfər dünyasını dəyişib,yaralılar var.Zərbənin təsirindən "ZİL" markalı avtomobil yol kənarına aşıb.Faktla bağlı araşdırma aparılır,qəzanın dəqiq təfərrüatları öyrənilir.
21:12
---
Qəzada ölən və yaralanan şəxslərin adları məlum olub. Hadisə nəticəsində 1976-cı il təvəllüdlü Şəmkir rayon sakini Hikmət Əhmədov dünyasını dəyişib. Daha iki nəfər 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.










