Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARB TV xəbər verir ki, rayonun Göyəm kəndi ərazisində "VAZ” və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Bəhmətli kənd sakini 29 yaşlı Elgün Qədimov və 33 yaşlı Zaqatala şəhər sakini Bəxşiş Dadaşov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan Elgün Qədimov həkimlərin səylərinə baxmayaraq, gecə saatlarında xəstəxanada keçinib. Bəxşiş Dadaşovun isə vəziyyəti orta-ağırdır.
Müşfiq Məmmədov – Həkim: "Müayinə zamanı döş qəfəsinin kült travması, iki qabırğanın sınığı, sağ bayır topuğun yerdəyişməyən qapalı sınığı diaqnozu aşkarlanıb. Xəsətəyə ilkin tibbi yardım göstərilib, hal-hazırda stasionar müalicəsi davam etdirilir”.
Faktla bağlı araşdırma aparılır.

7News.Az