RU
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1000-i ötüb
18:00
100

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1000-i ötüb

Azərbaycanda hazırda 1096 aktiv koronavirus xəstəsi var.

Bu barədə 7News.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada aktiv koronavirus xəstələrinin sayı 195 nəfər artıb. Belə ki, iyulun 18-də belə xəstələrin sayı 901 nəfər idi.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və 4 nəfər ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ