RU
Azərbaycanda aktyor həbs olundu — Aksiyada
14:48
5288

Azərbaycanda aktyor həbs olundu — Aksiyada

Mingəçevir Dövlət Dram Teatrının keçmiş aktyoru İbrahim Salamov həbs olunub.

Bu barədə aktyorun dostu və həmkarı Asim Muxtarov məlumat verib. A.Muxtarovun sözlərinə görə bir neçə gün öncə Migəçevir Şəhər Polis İdarəsinə çağırılan və oradaca dünyasını dəyişən 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun ölümü ilə bağlı keçirilən etiraz aksiyasında Salamov polis tərəfindən saxlanılaraq 15 sutka həbs cəzası alıb:

"Polis tərəfindən saxlanılandan sonra görüşə bilməmişik. Amma xəbər göndərib ki, hər şey yaxşıdır. Polisin onunla münasibətindən narazılığı yoxdur".

Qeyd edək ki, Bəhruz Hacıyevin ölümündən sonra Mingəçevirdə etiraz aksiyası keçirilmiş, polis bir neçə nəfəri saxlamışdı./olke

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ