RU
Azərbaycanda ana övladına ikinci həyat bəxş etdi
18:45
598

Azərbaycanda ana övladına ikinci həyat bəxş etdi

Astarada ana övladına ikinci həyat bəxş etdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə oktyabrın 16-dan başlayaraq Astara Rayon Mərkəzi Xəstəxanasında əhalinin tibbi müayinəsi ilə əlaqədar keçirilən humanitar aksiya çərçivəsində xəstəxanada ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub.

Rayonun Kijəbə qəsəbə sakini 1988-ci il təvəllüdlü, xroniki böyrək çatışmazlığıdan əziyyət çəkən Babayeva Vüsalə Elşad qızı üzərində canlı donordan - anası 1966-cı il təvəllüdlü Qənbərova Nazilə Əyyub qızından götürülmüş böyrək köçürülməsi əməliyyatı həyata keçirilib.

Əməliyyat uğurlu olub. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətinin yaxşı olduğu bildirilir.

Əməliyyat 4 saata yaxın davam edib. Həkimlər donorun gələcək həyatı üçün hər hansı bir təhlükənin olmadığını bildirirlər./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ