RU
Azərbaycanda avtomobil dərəyə aşdı: sürücü və körpəsi öldülər
12:40
756

Azərbaycanda avtomobil dərəyə aşdı: sürücü və körpəsi öldülər

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

7News.az bildirir ki, Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb. Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.
 
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır./apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ