Azərbaycanda külli miqdarda vergidən yayınma ilə axtarışa verilən şəxs Ukraynada saxlanılıb.
7News.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, həmin şəxs Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lvovda ələ keçib.
Lvov məhkəməsinin qərarı ilə o, müvəqqəti olaraq həbs edilib.
Məlumatlara görə, həmin şəxs Lvov prokurorluğu tərəfindən Azərbaycana ekstradisiya ediləcək.
7News.Az








