RU
Azərbaycanda baş kəsənlər niyə çoxalıb? - VİDEO
18:57
836

Azərbaycanda baş kəsənlər niyə çoxalıb? - VİDEO

Son bir həftə ərzində Azərbaycanda dəhşətli qətllər baş verdi. Martın 28-də Sabirabad rayonunda ata 7 yaşlı oğlunun başına çəkiclə döyə-döyə qətlə yetirdi.

Cəmi bir gün sonra isə Bakının Binəqədi rayonunda Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində yaşayan keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A. Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb.

Martın 31-də isə 35 yaşlı Ağababayev Vasif Akif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşı, 32 yaşlı Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.

Aprelin 2-də isə Şabranda qardaş özündən böyük bacısını bıçaqlayıb. Elə həmin gün Bakının Montin qəsəbəsində ölkəni sarsıdan cinayət hadisəsi baş verdi. Saqil və Fərizə Qasımzadələr qohumu tərəfindən vəhşicəsinə qətlə yetirilib. Belə ki, qatil Azər Cəfərov bacı-qardaşın boğaz nahiyəsini kəsib.

Bəs, son vaxtlar dəhşətli cinayət hallarının baş verməsinin səbəbi nələrdir?

7News.az xəbər verir ki, tanınmış psixoloq Azad İsazadə səbəblərdən danışarkən bildirdi ki, son illər cəmiyyətdə aqressivliyin çoxalması müşahidə edilir.

"İnsanlar arasında artan aqressivlik gündəlik həyatımızda da müşahidə olunur. İstər işdə, evdə, istərsə də ictimai nəqliyyatda bir-birimizlə kobud və aqressiv rəftar edirik. Küçədə, cəmiyyət arasında aqressiviksə, bu, evdə, ailədə daha çox özünü göstərir. Bunun nəticəsidir ki, dəhşətli cinayət hadisələri baş verir. Amma onu qeyd etmək lazımdır ki, aqressivlik təkcə Azərbaycanda müşahidə edilmir. Aqressiya son illər dünyada kütləvi xarakter alıb. Bunu isə bir neçə prosesin nəticəsi kimi göstərə bilərik", - deyə Azad İsazadə bildirib.

 

Azad İsazadənin fikrincə, qandonduran cinayətilərin törədilməsində digər amillər də var. Onun sözlərinə görə, əsas səbəblərdən biri ifrat informasiya yüklənməsidir. Psixoloq hesab edir ki, bu isə insanlarda müəyyən psixoloji problemlərə, sarsıntılara səbəb olur.

"İkinci amil isə birinci ilə hardasa bağlıdır. Dövrümüzdə informasiyalar geniş şəkildə yayılır. Biz hər gün dünyada baş verən hadisələri, qətlləri görürük, xəbər saytlarından oxuyuruq. Bu isə istər-istəməz emosional sferamızı kobudlaşdırır. Fikir versəniz, son vatlar özümüz də həmin qətllərə bir az sakit reaksiya veririk. İstisna etmirəm ki, əvvəllər də belə qətllər baş verirdi. İndi sadəcə daha çox kütləvi informasiya vasitələrində yayılır. Məsələn, Səddam Hüseynin edamını göstərəndən sonra şərq ölkələrində özünü asaraq intihar edənlərin sayı artmışdı", - deyə Azad İsazadə bildirib.//istipress

7News.az

Röyaminin baharının 7 ci anı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ