RU
Azərbaycanda BİABIRÇI HADİSƏ - Müəllim dərsə gecikən şagirdə döşəmə sildirdi - FOTO
13:20
122

Azərbaycanda BİABIRÇI HADİSƏ - Müəllim dərsə gecikən şagirdə döşəmə sildirdi - FOTO

Abşeron rayon Mehdiabad qəsəbəsində məktəblərin birində biabırçı hadisə yaşanıb. 

İddia olunur ki, Mehdiabadda 4 saylı tam orta məktəbdə dərsə gecikən şagirdə müəllim məktəbin döşəməsini sildirib.

Sonra şagirdin bacısı daha sensasiyalı iddia ilə çıxış edib:

"Müəllim bildirib ki, qardaşım növbəti dəfə dərsə geciksə, ona məktəbin sanitar qovuşağını sildirəcək."

Bu barədə sosial şəbəkədə ictimai fəal Elyar İslamoğlu məlumat verib. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Manset.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ