RU
Azərbaycanda binanın döşəməsi çökdü - Xəsarət alanlar var
10:27
102

Azərbaycanda binanın döşəməsi çökdü - Xəsarət alanlar var

Goranboyda yaşayış binasının döşəməsi çöküb.

7News.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, həmin ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin döşəməsi çöküb.

Dərhal əraziyə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisə zamanı iki nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ