RU
Azərbaycanda bir ailənin yox olduğu hadisə ilə bağlı dəhşətli fakt - VİDEO
11:40
519

Azərbaycanda bir ailənin yox olduğu hadisə ilə bağlı dəhşətli fakt - VİDEO

Şaatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

7News.az bildirir ki, dünən saat 18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.

Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalılar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü "VAZ 2106" markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb. 63 yaşlı kişi yaxınlaşmaqda olan teplovoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və maşından düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplovoz ata, ana və 29 yaşlı qızın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə həlak olublar.

Sarıcalılar kənd sakinləri Lent.az-a bildiriblər ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl orada işləyən 4 dəmiryolçu ixtisara düşərək işdən çıxarılıb və şlaqbaum da ləğv edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//lent.az

 

7News.az

Azərbaycanda bir ailənin yox olduğu hadisə ilə bağlı dəhşətli fakt

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ