RU
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
17:40
242

Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ

"Məktəb daxilində koronavirusa kütləvi yoluxma qeydə alınmayıb”.

7News.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, şagirdlər arasında yalnız ailədaxili yoluxmalar mövcuddur:

 

"Son 15 gün ərzində bir sinifdə şagirdlər arasında yoluxma yoxdur. Təəssüf ki, müəllimlər arasında yoluxanlar var”.

"Qubada səkkiz müəllim yoluxub. Sumqayıtdan Qubaya qayıdan müəllim digərlərini yoluxdurub”, - deyə nazir qeyd edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ