RU
Azərbaycanda boğulan ərəblərlə bağlı
14:16
709

Azərbaycanda boğulan ərəblərlə bağlı

Daxili İşlər Nazirliyi də qəza zamanı su kanalında boğularaq ölən ərəblərlə bağlı məlumat yayıb.

7News.Az-ın qurumun saytına istinadən xəbər verir ki, dünən saat 20 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü “Toyota” markalı avtomobili idarə edərkən körpüdən kanala aşırıb. Nəticədə S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölüb, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı İmişli RPŞ tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ