RU
Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək
13:40
655

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək

Azərbaycanda adyunkturaya qəbul olunanlar üçün təhsili davam etdirmək üçün çağırışa möhlət hüququ veriləcək.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 21.1.4-1-ci maddəsində (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) "doktoranturaya" sözündən sonra "(adyunkturaya)" sözü əlavə edilir.

Həmin maddədə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə möhlət hüququ verilir.

Dəyişiklik müzakirələrdən sonra ssəverməyə qoyularaq qəbul edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ