RU
Azərbaycanda bu xanıma yüksək vəzifə verildi
15:53
2396

Azərbaycanda bu xanıma yüksək vəzifə verildi

"AccessBank"-ın rəhbərliyində yeni təyinat baş verib. 

Günay Cəlilova bankın icraçı direktoru təyin olunub. Həmin vəzifədə xanım bankir Korporativ bankçılıq və Marketinq departamentlərini, o cümlədən Müştərilərlə Əlaqə Mərkəzini kurasiya edəcək. 

Qeyd edək ki, bu təyinatadək Günay Cəlilova Marketinq/Korporativ bankçılıq departamentinin direktoru olub. 

Günay Cəlilova 2006-ci ildən etibarən "AccessBank"-ın komandasına qoşulub. 2008-2016-cı illər ərzində "Səbail" filialının, 2016-cı ildən 2019-cu ilin aprel ayınadək isə Korporativ bankçılıq/Marketinq departamentinin direktoru kimi fəaliyyət göstərib.

Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakültəsini bitirən G.Cəlilova ardınca eyni ali təhsil ocağında "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa, icraçı direktor İngiltərənin "Warwick" biznes məktəbini "Executive MBA" istiqaməti üzrə bitirib./Ekonews
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ