RU
Azərbaycanda bu yollar buz bağlayıb
14:00
1047

Azərbaycanda bu yollar buz bağlayıb

Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

7news.Az azvision.az-a istinadən xəbər verir ki, Ağsu aşırımı buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib.

Yolun buz bağlaması qəzaya səbəb olub. Şamaxı yolunda “Qazel” markalı yük maşını buzlu yolda sürüşərək yol kənarına aşıb. Sürücü xəsarət alıb.

Hazırda bu yollarda çox az sayda avtomobil hərəkət edir.

7news.Az

Azərbaycanda bu yollar buz bağlayıb - Yük maşını aşdı+Foto
Azərbaycanda bu yollar buz bağlayıb - Yük maşını aşdı+Foto
Azərbaycanda bu yollar buz bağlayıb - Yük maşını aşdı+Foto

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ